Tarif Şurasında vakant yer var

Tarif Şurasında vakant yer var
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib. 

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Məlumata görə, müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Namizədlərin ərizələrin iyunun 20-dək qəbul ediləcək.

Məlumata görə, qurumun təhlil və tənzimləmə şöbəsinə müdir axtarılır.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar