Tarixə düşən 18 öpüşmə.... - FOTOLAR

Tarixə düşən 18 öpüşmə…. – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az tarixə düşən öpüşmələri təqdim edir:

“Life” jurnalının əfsanəvi üz qabığı
“Life” II Dünya müharibəsinin bitdiyi xəbərini New York şəhərində “Times” meydanında bir tibb bacısını öpərək qeyd edən Glenn McDuffie adlı bir dənizçini jurnalın ön səhifəsində dərc etmişdi. Jurnal illər sonra McDuffie tapıb, eyni paltarlarını geyindirərək eyni meydanda fotoşəkillərini çəkmişdi, amma bu dəfə tibb bacısı yox idi.

Dünyanın canlı şəkildə izlədiyi öpüş səhnəsi 
Şahzadə Diana və Şahzadə Çarlzın bir-birlərinə ən yaxın olduqları bu an… Cütlük bundan sonra obyektivlərə heç bu qədər isti poza vermədilər.

Bu öpüş anı isə az qala diplomatik böhrana səbəb olurdu 
Belə ki, Riçard Gir İngilis BBG evinin birincisi Hind əsilli Şilpa Şettyini elə öpdü ki, bütün Hindistan ayağı qalxdı. R.Gir bundan sonra üzr istəmək məcburiyyətində qaldı. Girin üzrü isə Hindistanda bir məhkəmənin, “ədəbsiz” davranış haqqında həbs qərarı çıxarmasından bir gün sonra edildi.

Ərafat və Xomeyni
Fələstinin mərhum lideri Yasir Ərəfat ilə İranın mərhum lideri Ayətullah Xomeyni öpüşərkən…

Oskardan sərxoş oldu…
“The Pianist” filminin ən yaxşı kişi aktyoru seçildiyi üçün Oskar mükafatı qazanan və ən gənc yaşda ən yaxşı aktyor tituluna qovuşan Adrian Brody mükafatını Halle Berry-nin əlindən deyil, sanki dodaqlarından aldı.

Bu səhnə unudulmadı
2003-ci ildəki MTV musiqi mükafatlandırma mərasimində Madonnanın Britni Spirsi dodaqlarından öpməsi hər kəsi çaşdırmış və uzun müddət danışılmışdı.

Brejnevin dodaqları danışsa…
Tarixdə dodaq-dodağa öpüşmə deyildikdə ilk ağıla gələn dövlət rəsmisi, sabiq SSRİ lideri Leonid İliç Brejnevdir. Brejnevin bu öpüşü Çex bir şairlə görüşdüyü anda qeydə alınıb.

Keçəlindən öpdü
ABŞ-ın sabiq prezidenti Buşdan sevgilərlə …

Sevgi, Sevgi, Sevgi
Yoko Ono ilə Con Lennonun eşqini ən yaxşı göstərən fotoşəkil, foto xəbərsiz çəkilib.

Kann Film Festivalında QİÇS-lə mübarizə üçün təşkil olunan hərracda, bir Corc Klooney pərəstişkarı, məşhur aktyorla öpüşəbilmək üçün 350 min dollar ödəyib.

Pamela Anderson və Kid Rok…

İkinci həyat yoldaşı ilə…
Nikol Kidmandan ayrıldıqdan sonra Katie Holmeslə evlənən Tom Kruz ikinci həyat yoldaş ilə öpüşdüyü an.

Ən isti öpüş
Sabiq ABŞ prezidentinin köməkçisi Al Qorenin yoldaşını qucaqlayıb, ehtirasla öpdüyü an.

“İkinci sevgim”
Linda McCartneyin ölümündən uzun müddət sonra protez ayaqlı model “Heather Mills”lə evlənən Paul McCartney, arvadının vəfatından illər sonra ikinci dəfə aşiq olduğunu söyləmişdi… Ancaq bu sevgi Linda McCartneylə yaşadığı qədər uzun sürmədi.

İranın sabiq prezidenti Mahmud Əhmədinejad

Hillari ilə…
Hər getdiyi yerə qalmaqallarını da aparan, ancaq buna baxmayaraq yoldaşından ayrılmamağı bacaran Bill Klinton, Hillarini öpməmişdən bir saniyə əvvəl…

Xoşbəxtlik…
Alman model Heidi Klum, romantik və melanxolik müğənni Seal ilə…

Xəbərsiz çəkildi 
Hip-hop və R&B dünyasının ən sevilən cütlükləri Beyonce və Jay Z yaxtalarında…

 

Orxan Aslanlı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar