Tarixi əsərə zərər vurdu: Haqqında cinayət işi AÇILDI

Tarixi əsərə zərər vurdu: Haqqında cinayət işi AÇILDI
Want create site? Find Free WordPress Themes and plugins.

Moskvanın Tretyakovskaya qalereyasında adı açıqlanmayan şəxs rəsm əsərinə ziyan vurub.

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, cinayətkar hadisə yerində yaxalanıb.

İnsident mayın 25-də axşam saatlarında baş verib. Mühafizəçilərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları rəsmin şüşə çərçivəsini dəmir alətlə sındıraraq, kətana ciddi zərər vurmuş  şəxsi həbs edib.

Həmin şəxsə qarşı “Mədəni irs sayılan obyektlərin məhv edilməsi və ya zərər vurulması” maddəsi ilə cinayət işi açılıb.

Polis rəsmiləri hansı məşhur əsərdən sözün getdiyini açıqlamasa da, agentliyin mənbəyi vandal hücumuna məruz qalan rəsmin “İvan Qroznı oğlunu öldürür” əsəri olduğunu söyləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar