Tarixi Kolizeyə işçi axtarılır - 150 min avro maaşla- Tələblər

Tarixi Kolizeyə işçi axtarılır – 150 min avro maaşla- Tələblər
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın ən tanınan tarixi əsərlərindən olan paytaxt Romadakı Kolizeyi idarə etmək üçün verilən iş elanı arxeologiya dünyasını hərəkətə gətirib.

A24.Az BBC Türkçe-yə istinadən xəbər verir ki, beynəlxalq aləmə açıq olan iş elanında tələb namizədin ən azı 5 il arxeoloji sahədə idarəçi kimi təcrübəsinin olmasıdır.

Seçilən namizəd filmlərə mövzu olan və bir zamanlar qladiatorların döyüşdüyü, minlərlə vəhşi heyvanın aparılan döyüşlərdə həyatını itirdiyi arenanın gələcəyindən cavabdeh olmaqdır.

İldə 5 milyon insanın ziyarət etdiyi,  2 min illik tarixi quruluşu olan abidə idarəçiliyin pis olmasına görə günü-gündən korlanır.

İtaliya mədəniyyət naziri Dario Franceschini idarəçilik rolunu qazanan namizədin illik 150 min avro maaş alacağını açıqlayıb.

İş elanı üçün arxeoloqlar, incəsənət tarixçiləri və memarlar da müraciət edə bilərlər.

Franceschini bunun beynəlxalq bir elan olduğunu qeyd edərək “Sənət dünyasında milli mənsubiyyətlərin önəmi yoxdur. Məsələn, İngiltərədəki Britaniya Muzeyini bir alman idarə edir”, -deyə bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar