A24 Xeber

Tarixin ən böyük 8 mükafatlandırma mərasimi biabırçılığı – FOTOLAR

Tarixin ən böyük 8 mükafatlandırma mərasimi biabırçılığı – FOTOLAR
584
01 Mart 2017 - 23:28

Oskar mükafalandırma mərasimində baş verən biabırçılıq hələ də hər kəsin dilindədir.

A24.Az sizə bu dəfə beynəlxalq mükafatlandırma tədbirlərində baş verən xətaları təqdim edir:

2015-ci ildə aparıcı “Miss Universe” adlı gözəllik yarışmasında qalibin adını səhv elan edib. Tac öncə səhvən Gutierrezə taxılıb. Daha sonra isə yarışmanın əsl qalibinin filippinli Pia Alonzo olduğu bildirilib.

2016-cı ildə “Mobo” mükafatlandırma mərasimində ən yaxşı mahnı mükafatı R&B qrupu “WSTRN”-nə verilib. Bir müddət sonra aparıcının zərfləri qarışdırdığı ortaya çıxıb. Əsl qalibin MC Abra Cadabra olduğu bildirilib.

Amerikalı müğənni Teylor Svit 2009-cu ildə MTV video və musiqi mükafatlarında “You belong with me” mahnısının klipinə görə ən yaxşı qadın naminasiyasının qalibi olub, ancaq zalda əyləşən Kanye Vest bu qərar qəbul etməyib. Belə ki, Teylor təşəkkür etmək üçün nitq söyləməyə hazırlaşarkən Kanye mikrofonu onun əlindən alıb və bildirib ki, qərar ədalətsizdir. Naminasiyanın qalibi Beyons olmalıdır.

2010-cu ildə Avtraliyada təşkil olunan “Yeni top model” müsabiqəsində qarışıqlıq olub. Aparıcı yanlışlıqla Kelsey Martinoviçin qələbə qazandığını açıqlayıb. Martinociç nitqini səsləndirərkən qalibin 18 yaşlı Amanda Vare olduğu açıqlanıb.

“X Factor” yarışının aparıcısı Olly Murs qalibi yanlış açıqlamayıb, ancaq məğlub namizədin adını söyləməyə tələsib. 2015-ci ildə Murs iştirakçı Monica Mikaelin münsiflərdən 3 rədd cavabı aldığını düşünərək Mayklın yarışdan ayrılacağını açıqlayıb.Buna baxmayaraq, Maykl 2 rədd cavabı alıb və onun layihədə qalıb qalmayacağına tamaşaçılar səs verməli olub. Xalq səsverməsi zamanı Maykl məğlub olub, ancaq tamaşaçılar bunun qurma olduğunu düşünüblər.

2002-i ildə “MTV” musiqi mükafatlandırma mərasimində Britniy Spirts Maykl Ceksonu ad günü tortunu kəsmək üçün səhnəyə çağırıb. Ona xitab edərkən Ceksonu “milenyumun sənətçisi” olaraq adlandırıb. Bundan sonra Cekson eyniadlı mükafatı qazandığını düşünüb. Müğənni səhnədə bu fikirləri səsləndirib: “İndianada yaşayan azyaşlı bir uşaq olarkən biri mənə musiqiçi olaraq “mileniyumun sənətçisi” mükafatını qazanacağımı desəydi inanmazdım. Tanrıya və anama təşəkkür edirəm”.

Kann şəhərində 2009-cu ildə təşkil olunan “NRJ musiqi mükafatları” mərasimində qarışıqlığa yol verilib. Müğənni Keti Peri səhvən “beynəlxalq müğənni” mükafatını alıb. Əslində isə mükafatın sahibi Rihanna olub. Perinin  “beynəlxalq albom” naminasiyasının qalibi olması səhvi az da olsa ört-basdır edib.

2000-ci ildə “Brit mükafatları” mərasimində Dj Brandon Blok nəsə bir şey qazandığını düşünərək səhnəyə qalxıb. Əslində isə gitarist Ronnie Vud və “Amerikcan Beauty” filminin aktyoru Thora Birch “ən yaxşı film musiqisi” mükafatını “Notting Hill” filminə vermək üzərə olub. Blok daha sonra olduqca sərxoş olduğunu və dostlarının onu mükafat qazandığına inandırdıqlarını açıqlayıb. Təhlükəsizlik xidmətinin əməkdaşları Brandon Bloku səhnədən uzaqlaşdırıblar.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00