Tarkan dünyanın musiqi siyahılarını zəbt etdi

Tarkan dünyanın musiqi siyahılarını zəbt etdi
Want create site? Find Free WordPress Themes and plugins.

7 illik fasilədən sonra “10” adlı albom çıxaran Tarkan dünya musiqi siyahılarında hər kəsi geridə qoyub.

“A24.az”ın əldə etdiyi məlumata görə, sonuncu dəfə 2010-cu ildə “Adımı Kalbine Yaz” albomunu çıxaran Tarkan 7 ildir sevənləri tərəfindən maraqla gözlənilən yeni pop albomunu, nəhayət heyranlarının ixtiyarına verib. “Mega Star”ın 15 iyun tarixində çıxardığı 10-cu albomu “10” çıxar-çıxmaz həm Türkiyə, həm də dünya musiqi siyahılarında zirvələri zəpt edib.

Albom “iTunes”in ən çox yüklənən albomlar sırasındadır. Bir çox ölkələrdə də birinci yerdə olan Tarkan Azərbaycan, Bəhreyn, Səudiyyə Ərəbistanı və Özbəkistanda ən çox dinlənənlər arasında olmağı bacarıb.

Həmçinin Tarkan Ed Sheeran, Katy Perry, Coldplay, Justin Bieber kimi dünya ulduzlarının yerləşdiyi siyahının 37-ci sırasında qərarlaşıb.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar