A24 Xeber

Tarkanın xanımı hamilədir? – Bakıda konsert verən Meqastar sualları cavablandırdı – FOTO

Tarkanın xanımı hamilədir? – Bakıda konsert verən Meqastar sualları cavablandırdı – FOTO
836
26 İyun 2017 - 11:06

“Formula 1” Azərbaycan Qran Pri-sinin açılış mərasimində konsert vermək üçün Bakıya gələn Tarkan böyük coşqu ilə qarşılanıb.

“A24.az”ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Bakıdan qayıdan zaman Tarkan Atatürk hava limanında həyat yoldaşı Pınar Tevetoğlu ilə görüntülənib.

Jurnalistlərin suallarını cavablandıran Tarkan bayramda tətil etməyəcəyini, Harbiye konsertlərinə hazırlanacağını söyləyib.

“Yeni sürprizlər varmı?” sualına “Yeni mahnılarımı oxuyacam, daha nə olsun ki?” deyən Meqastar xanımı Pınar Tevetoğlunun hamilə olması ilə bağlı yayılan iddiaları da cavabsız qoymayıb:

“Hamilə deyil. Uşaq istəyirik, amma elə bir şey yoxdur, olsa söyləyərəm”.

Firuzə Alimova

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00