A24 Xeber

“Tax free”dən istifadə qaydaları AÇIQLANDI: “100 manatlıq…”

“Tax free”dən istifadə qaydaları AÇIQLANDI: “100 manatlıq…”
100
31 Mart 2017 - 16:08

Bakıda keçiriləcək şopinq festivallar müddətində alınan mallar üzrə ödənilən ƏDV-nin qaytarılması üçün ilkin mərhələdə “Park Bulvar”, “Port Baku Mall”, “Nərgiz Mall”, “Metropark”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılır.

Vergilər Nazirliyi bildirib ki, ehtiyac olarsa, bu köşklərin sayı artırıla bilər.

Qaydalara görə, “Tax free”dən yararlanmaq üçün ən azı 100 manatlıq alış-veriş etməlisiz. Festival müddətində ƏDV-nin qaytarılması 3 mərhələdən ibarətdir. Əvvəlcə siz bu imkandan istifadə etmək istədiyinizi satıcıya bildirməlisiz. Sonra şəxsiyyət vəsiqənizi satıcıya təqdim etməlisiz. Satıcı sənəddəki məlumatlarınızı daxil etdikdən sonra 2 nüsxədə imzalanıb möhürlənmiş elektron hesab fakturanı təqdim edəcək. Sənəddə ödədiyiniz ƏDV_nin məbləği və son qayratılma tarixi göstəriləcək.

Sonra siz həmin hesab fakturanı ticarət mərkəzlərində qurulan xüsusi ƏDV köşklərindən birinə yaxınlaşmalısız. Köşkün əməkdaşı sənədi yoxladıqdan sonra xüsusi qeydlər edərək möhürləyəcək və geri qaytaracaq. Yoxlama zamanı sizdən mallara baxış tələb oluna bilər.

3-cü mərhələdə siz müvəkkil banklara müraciət edərək ödədiyiniz ƏDV məbləğini manatla geri ala bilərsiz. Əcnəbilərə isə ƏDV xarici valyutada kart hesabına köçürməklə ödənilə bilər. Əgər vəsaiti nağd şəkildə almaq istəsəz tələbiniz gün ərzində yerinə yetiriləcək. Əgər karta köçürmək istəsəz proses 10 gün ərzində reallaşacaq. Bunun üçün kart rekvizitlərini təqdim etməlisiz.

Qeyd edək ki, hansı qaydada almağınızdan asılı olmayaraq ödədiyiniz ƏDV-ni geri alarkən həmin məbləğdən 20 faiz xidmət haqqı çıxılacaq.

Bu mallara görə ƏDV qayratılmayacaq

Onu da deyək ki, aşağıdakı mallara görə ƏDV qaytarılmayacaq:
– aksizli mallar
– ərzaq malları
– dərmanlar və tibbi ləvazimatlar
– ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar
– çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar,
– külçə şəklində qiymətli metallar,
– nəqliyyat vasitələri və onların ehtiyat hissələr

//fins.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00