Tbilisidə aksiyada: Tələbələr saxlanıldı

Tbilisidə aksiyada: Tələbələr saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

 Gürcüstanın müxtəlif ali məktəblərinin tələbələri “Auditoriya-115” təşkilatının dəstəyi ilə paytaxt Tbilisidə aksiya keçiriblər.

Aksiya aprelin 5-də Mindeli şaxtasında baş vermiş qəzada həlak olanların və yaralananların ailələrinə dəstək məqsədilə təşkil olunub.

Tbilisi Dövlət Universitetinin qarşısından başlayan aksiya parlamentin binası önündə başa çatıb. Aksiyaçılar Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvilinin istefası, mədən işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, fəhlələrin təhlükəsizliyinin gücləndirilməsi kimi tələblər səsləndiriblər.

Tələbələr yolu bağlamağa cəhd ediblər. Bu zaman polislə qarşıdurma yaranıb və asayiş keşikçiləri bir neçə tələbəni saxlayıb.

Məlumat üçün qeyd edək ki, aprelin 5-də Gürcüstanın Tkibuli bölgəsindəki Mindeli mədənində qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Aprelin 6-da Gürcüstanda matəm elan olunub və dövlət bayraqları endirilib. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar