A24 Xeber

Tbilisidə etirazçılar nazirliklə şərt kəsdi

Tbilisidə etirazçılar nazirliklə şərt kəsdi
32
14 May 2018 - 8:46

Tbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya başa çatıb.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata əsasən, aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir.

O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər.

Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00