A24 Xeber

Tbilisidə yenidən etiraz aksiyası başlayıb

Tbilisidə yenidən etiraz aksiyası başlayıb
28
13 May 2018 - 16:50

Tbilisidə parlament binasının qarşısında gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya bərpa olunub.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata əsasən, aksiyanın təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili baş nazir Giorgi Kvirikaşvilini sükutu pozub ictimaiyyət qarşısında bəyanatla çıxış etməyə çağırıb.

B. Tsikarişvili deyib ki, baş nazir mövqeyini açıqlamasa, onun və daxili işlər nazirinin istefası ilə bağlı tələbləri davam edəcək.

Parlamentin qarşısına aksiya iştirakçıları olmayan vətəndaşlar da toplaşıb. Onlar parlamentin binası qarşısında 1989-cu ilin 9 aprel qurbanlarına həsr olunmuş abidənin önünə gül dəstələri qoyublar. Vətəndaşlar bəzi aksiya iştirakçılarının ötən gün abidənin üstünə çıxaraq rəqs etmələrini pisləyiblər. Onlar bildirib ki, memorial abidə müqəddəs yer olmaqla yanaşı, Gürcüstan dövlətçiliyinin simvoludur və onun təhqir olunması yolverilməzdir.

Qeyd edək ki, mayın 12-də gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Buna etiraz olaraq dünən saat 15:00-dan başlayaraq Tbilisidə parlament binası qarşısında bu gün səhər saatlarına qədər aksiya keçirilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00