Tbilisinin mərkəzində kütləvi aksiya davam edir - FOTOLAR

Tbilisinin mərkəzində kütləvi aksiya davam edir – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

 Gürcüstan Daxili İşlər Nazirliyinin mayın 11-də gecə paytaxt Tbilisidə keçirdiyi əməliyyatlara etirazlar davam edir.

A24.Az “Report”a istinadən xəbər verir ki, “Belıy şum” (Ağ səs) İctimai birliyinin Gurcüstan parlamentinin binası önündə təşkil etdiyi aksiyada 1000 nəfərdən çox adam iştirak edir.

Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Əraziyə xeyli sayda polis cəlb olunub.

Bir azdan aksiyaya “Gürcü marşı” İctimai Birliyinin də qoşulacağı bildirilir.

Aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilinin və daxili işlər naziri Qeorgi Qaxariyanın, eləcə də yüksək vəzifəli daha bir neçə şəxsin istefasını tələb edirlər. Aksiyanın səhər daha geniş şəkildə davam edəcəyi bildirilir.

Məlumat üçün qeyd edək ki, Gürcüstan polisi dünən gecə paytaxtdakı “Qalleri” və “Bassiani” gecə klublarında narkotiklərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə nəfərdən narkotik maddə götürülüb, faktla bağlı 8 nəfər saxlanılıb.

Aksiya iştirakçıları isə narkotik vasitələrin barlara polis tərəfindən atıldığını iddia edirlər. Gürcüstan polisi saxlanılan şəxslərin azad edildiyini bəyan edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar