A24 Xeber

Təbii fəlakət KANADADA neçə evi işıqsız qoydu

Təbii fəlakət KANADADA neçə evi işıqsız qoydu
28
05 May 2018 - 10:55

Kanadanın Ontario əyalətində güclü küləklə müşayiət olunan fırtına nəticəsində iki nəfər ölüb.

Bu barədə “A24.Az” xarici KİV-ə istinadən xəbər verir. Mississoqa şəhərində ağacın yerə düşməsi nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanaraq xəstəxanaya çatdırılıb. Digər ölüm hadisəsi Hamilton şəhərində baş verib. Belə ki, qırılmış elektrik xəttini yolun hərəkət hissəsindən çıxarmaq istəyən şəxsi cərəyan vurub. Bundan əlavə, təxminən, 200 min ev işıqsız qalıb. Eyni zamanda əlverişsiz hava şəraiti ilə əlaqədar Lester B.Pirson adına Toronto beynəlxalq hava limanı fəaliyyətini dayandırıb./  Report.AZ

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00