A24 Xeber

Tehran HƏDƏLƏDİ: Sərt addımlar atılacaq

Tehran HƏDƏLƏDİ: Sərt addımlar atılacaq
108
11 Sentyabr 2018 - 18:57

“İranın nüvə sahəsində məşğul olan alimlərinə yeni hücumlar baş verəcəyi təqdirdə Tehran sərt addımlar atacaq”.

A24.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Salehi bəyan edib ki, bu cür hücumların cavabları çox sərt olacaq.

Xatırladaq ki, 2010-2012-ci illərdə İranın nüvə proqramı ilə məşğul üç alimi partlayışlar nəticəsində həlak olmuşdu.

İran bu hadisələrdə ABŞ və İsraili günahlandırmışdı.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00