Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil naziri Ceyhun Bayramov “Son zəng” tədbiri haqqında əmr imzalayıb. 

“A24.az” “Report”a istinadən xəbər evrir ki, müvafiq əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar