A24 Xeber

Təhsil naziri yeni metod tədris planının təsdiqi barədə əmr imzaladı

Təhsil naziri yeni metod tədris planının təsdiqi barədə əmr imzaladı
332
03 Avqust 2018 - 14:58
Təhsil naziri Ceyhun Bayramov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etməkdir.
Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2018-2019-cu dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilməlidir. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.
Qeyd edək ki, tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur. Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir.
Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00