A24 Xeber

Tək mahnısına 43 milyonluq baxış qazanan sosial mediya FENOMENİNİN CƏSƏDİ tapıldı- FOTO/ YENİLƏNDİ

Tək mahnısına 43 milyonluq baxış qazanan sosial mediya FENOMENİNİN CƏSƏDİ tapıldı- FOTO/ YENİLƏNDİ
156
04 İyun 2018 - 15:19

Bəstəkar İfaçı Onurcan Dənizin cəsədi tapılıb. 
A24.Az xəbər verir ki, qayıqdakı 5 nəfərdən yalnız onun itkin düşdüyü bildirilmişdi. Sosial mediya fenomenindən üzücü xəbər bir neçə dəqiqə bundan öncə gəlib. Belə ki, ifaçının cəsədi günlərdir axtarılırdı və tapılıb.

10:07

Sosial mediya fenomeni Onurcan Özcanla bağlı üçüü bir xəbər yayılıb.

A24.Az xəbər verir ki, Türkiyənin Şile bölgəsində qayığın batması nəticəsində bir nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Türk mediası “youtube”un sevilən simasının həmin qayıqda olması ehtimalı ilə bağlı xəbər yayıb.

Qeyd edək ki, qayıqda nasazlıq qəflətən yaranıb. Bir neçə dəqiqə ərzində batıb. Həmin vaxt qayıqda 5 nəfər olub. Onlardan yalnız 21 yaşlı bəstəkar və müğənni Onurcan Özcandan məlumat almaq mümkün olmayıb.
Bəstəkar müğənni Fərhad Göçər də təəssüf hisslərini sosial mediya vasitəsi ilə bölüşüb. O: “Son diskimdə “yalnızlığın ezgisi” mahnısını oxuduğum gənc və böyük istedad Onurcan Özcan Şiledə qayıq gəzintisi zamanı itkin düşüb xəbərini aldım. Ümid edirəm ki, düzgün xəbər deyil. onun üçün dua edirəm”.

Onurcanın tanınmasında Fərhat Göçerin də böyük rolu olmuşdu.

Xatırladaq ki, Gənc istedaddan hələ də bir xəbər yoxdur.

A24.Az

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00