Tələbələrə şad xəbər: kredit borclarınızı universitet ödəyəcək 

Tələbələrə şad xəbər: kredit borclarınızı universitet ödəyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Dövlət Universitetində təhsil alan bütün tələbələrə təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində fənn (fənlər) üzrə yaranmış akademik borclarının ləğvi məqsədi ilə alt qruplarda kreditlər üzrə heç bir ödəniş etmədən dərslərdə və imtahanlarda iştirak etmək hüququ verilib.

A24.Az  xəbər verir ki, bu barədə universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, BDU Elmi Şurasının 21 yanvar 2016-cı il tarixli qərarı əsasında universitetin rektoru, akademik Abel Məhərrəmovun imzaladığı və bütün normativ təhsil müddətində təhsil alan tələbələrə şamil olan 25 yanvar 2016-ci il tarixli R-09 saylı əmri ilə alt qruplarda akademik borclarını ləğv edən I, II, III və IV kurs tələbələrin əlavə kreditlər üzrə ödənişləri BDU vəsaiti hesabına ödənilir.
“Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 saylı qərarı ilə tələbələrə yeni güzəştlər nəzərdə tutulub.

Belə ki, bu ilin yay sessiyasından başlayaraq tətbiqi nəzərdə tutulan bu qüzəştlər sırasına aşağıdakılar da daxildir:

1. 4-cü kurs tələbələri cari ilin yay sessiyasından başlayaraq sessiya dövründə və ya əvvəlki sessiyaların (qış və yay sessiyaları daxil olmaqla) nəticələrinə görə 2 fənn üzrə yaranmış akademik borclarını iyul ayının 3-dən başlayaraq 7-dək ləğv edə bilər. Bu zaman üzürlü səbəbdən sessiya dövründə imtahanda iştirak edə bilməyən tələbələrə heç bir ödəniş etmədən həmin fənn üzrə yenidən imtahanda iştirak hüququ verilir.
2. I, II və III kurs tələbələri də cari ilin yay sessiyasından başlayaraq sessiya dövründə və ya əvvəlki illərin yalnız yay sessiyalarının nəticələrinə görə 2 fənn üzrə yaranmış akademik borcunu iyul ayının 3-dən başlayaraq 7-dək ləğv edə bilər. Bu qəbildən olan tələbələr imtahan üzrə müvəffəq qiymət aldıqda ÜOMG nəticələrinə görə müvafiq Komissiyanın qərarına görə təqaüd alanlar sırasına daxil ediləcəkdir.
3. Alt qruplarda akademik borclarını ləğv etmək məqsədi ilə tələbələrə 40 kreditə qədər (prerekvizitlik nəzərə alınmaqla) fənlər seçmək hüququ verilir.
4. Yay semestrində akademik borclarını ləğv etmək məqsədi ilə tələbəyə 10 kreditə qədər fənlər seçmək hüququ verilir.
5. Bu məsələlərlə bağlı BDU tələbələrinin narazılığına heç bir əsas yoxdur”-deyə, P.İbrahimova bildirib. (Publika.az)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar