Tələbələrə veriləcək təqaüdlərdə YENİLİK

Tələbələrə veriləcək təqaüdlərdə YENİLİK
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə AMEA-nın prezidenti, akademik Akif Əlizadə adına təqaüdün verilməsi nəzərdə tutulur.

“A24.az”ın məlumatına görə, bunu ADNSU-nun rektoru Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı mərasimində çıxış edərkən deyib.

A.Əlizadəni Azərbaycanın görkəmli elm xadimi, ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan təşkilatçı, ensiklopedik təfəkkürə malik olan şəxsiyyət kimi səciyyələndirən rektor M.Babanlı akademikin ADNSU-nun məzunu olmasından bütün ali məktəbin fərəh hissi keçirdiklərini qeyd edib.

A.Əlizadənin onun üçün doğma olan tədris ocağı ilə sıx əlaqələr saxladığını qeyd edən rektor M.Babanlı ADNSU-da çalışan əməkdaşların, xüsusilə neftçi və geoloqların, eləcə də elmdə ilk addımlarını atan gənc alimlərin A.Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib.

Təhsil naziri Ceyhun Bayramov A.Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib.

A.Əlizadənin respublikanın sabit inkişafını təmin edən neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqlarının kəşf olunmasında böyük xidmətləri olduğu söyləyən C. Bayramov onun keçdiyi şərəfli həyat yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu bildirib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ADNSU-da təhsil aldığı illəri xatırlayaraq bu ali təhsil ocağında müəllimlərinin onun üzərində böyük əməyi olduğunu deyib. Hazırda Azərbaycanda elm və təhsilin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu söyləyən AMEA prezidenti müasir dövrdə yüksək intellektli gəncliyin formalaşmasını qarşıda duran vəzifələrdən biri kimi səciyyələndirib. Bu işdə ali məktəblərin üzərinə böyük məsuliyyətin düşdüyünü deyən akademik ADNSU-da təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri məmnuniyyət hissi ilə müşahidə etdiyini vurğulayaraq vaxtilə təhsil aldığı ali məktəbin uğurlarına sevindiyini bildirib.

Sonra rektor, professor Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professor diplomunu təqdim edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar