Telefonda danışarkən Tramp Putinə yardım təklif edib

Telefonda danışarkən Tramp Putinə yardım təklif edib
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Moskva ətrafında baş verən təyyarə qəzasının araşdırılması ilə bağlı yardım təklif edib

“A24.az”ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Müvafiq təklif dövlət başçılarının telefon danışığı zamanı səsləndirilib. Ötən gün D.Tramp zəng edərək Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası ilə əlaqədar Vladimir Putinə başsağlığı verib. Söhbət zamanı tərəflər həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsi və Şimali Koreya ətrafında vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, fevralın 11-də “Saratov hava yolları” aviaşirkətinə məxsus An-148 təyyarəsi Ramenskoye rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 71 nəfərin hamısı ölüb.

Hazırda təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar