Temperatur 4-7° aşağı enəcək - HAVA PROQNOZU

Temperatur 4-7° aşağı enəcək – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Sentyabrın 1-i gündüzdən 2-si günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb-küləyinin güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Sentyabrın 1-i gündüz, 2-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda ötən günlərlə müqayisədə temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.

Sentyabrın 1-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Sentyabrın 1-dən 3-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Redaktor Seçimi
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar