A24 Xeber

Temperatur bir qədər aşağı düşəcək – HAVA PROQNOZU

Temperatur bir qədər aşağı düşəcək – HAVA PROQNOZU
567
16 Mart 2017 - 12:48

Bakı və Abşeron yarımadasında martın 17-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti,  gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 %  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 17-18-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00