A24 Xeber

Temperatur yüksələcək…

Temperatur yüksələcək…
50
04 İyun 2018 - 12:09

Növbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

“A24.az” bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, iyun ayının 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: “İyun ayının 5-i gündüz yağışın tədricən kəsiləcəyi, hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bölgələrdə 27-32 dərəcə isti təşkil edəcək”.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: “Lakin iyunun 5-i günün birinci yarısında qısamüddətli yağış yağacağı ehtimal olunur”.

Mütəxəssis qeyd edib ki, növbəti günlərdə ölkə ərazisində şərq küləyinin üstünlüyü müşahidə olunacaq.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00