Tereza Mey: "Skripalın vəziyyəti kritikdir"

Tereza Mey: “Skripalın vəziyyəti kritikdir”
Want create site? Find Free WordPress Themes and plugins.

 Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Skripalın səhhəti barədə danışıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, baş nazir keçmiş kəşfiyyatçının vəziyyətinin kritik olduğunu bildirib. “Sergey və Yuliya Skripal xəstəxanada kritik vəziyyətdədirlər. Təəssüf, həftənin sonunda həkimlər dedilər ki, onların vəziyyəti yaxın vaxtlarda çətin ki, dəyişsin. Ola bilər ki, onlar heç vaxt tamamilə sağalmasın”, – deyə baş nazir bildirib.

Daha əvvəl Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko qeyd edib ki, Britaniya tərəfi Skripalın ikili vətəndaşlığı ilə əlaqədar onun səhhəti barədə məlumat verməkdən imtina edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar