A24 Xeber

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (13 mart 2018) 53-cü günündədir.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrində olan YPG/PKK-nın başçıları Türk Ordusunun yaxınlaşdığını görərək qaçmağa başlayıb. Afrində çıxışlarına icazə vermədikləri yerli sakinlər isə terrorçulara qarşı təzyiqləri artırıb. Terrorçular canlı qalxan kimi istifadə etmək istədikləri yerli camaatı atəş açaraq dayandırmağa çalışır.

Lakin TSQ-yə aid pilotsuz uçuş aparatlarının qeydə aldığı görüntülərdə bəzi sakinlərin Afrinin mərkəzindən çıxdıqları görünür. PYD/PKK terror təşkilatı gün ərzində min dollar rüşvət verən yerli əhalinin şəhərdən çıxışına icazə verdiyi məlum olub.

“Zeytun budağı” əməliyyatında ötən gün həyata keçirilən hərəkat zamanı 3381 terrorçu məhv edilib. Afrinin Kibar, Zındıkan, Kile və Gümüşburç kəndləri də terrorçulardan təmizlənməklə gün ərzində 13 kənd Türk Ordusunun nəzarətinə keçib.

Bundan başqa, əməliyyatın 52-ci günündə yaşanan silahlı qarşıdurma zamanı Türk Ordusunun bir əsgəri şəhid olub, bir əsgəri isə yaralanıb.

Xatırladaq ki, dünən Türk Ordusu mərkəzi ələ keçirməzdən əvvəl Afrinin cənubunu mühasirəyə almaq üçün “Zeytun budağı” əməliyyatın 3-cü mərhələsinə keçib.

 

https://www.youtube.com/watch?v=VP0ehucwXME

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (13 mart 2018) 53-cü günündədir. “A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrində olan YPG/PKK-nın başçıları Türk Ordusunun yaxınlaşdığını görərək qaçmağa başlayıb. Afrində çıxışlarına icazə vermədikləri yerli sakinlər isə terrorçulara qarşı təzyiqləri artırıb. Terrorçular canlı qalxan kimi istifadə etmək istədikləri yerli camaatı atəş açaraq dayandırmağa […]

Terrorçuları mərkəzə çıxışdıran Türk Ordusu “Zeytun budağı”nın 53-cü günündə…

52