A24 Xeber

Tərtərdə 1100 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb – FOTOLAR

Tərtərdə 1100 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb – FOTOLAR
55
11 May 2018 - 20:30

Tərtər rayonunun Şıxarx qəsəbəsində yeni tikilən köçkün şəhərciyinə rayonun ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi davam edir.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu günə qədər şəhərciyə 1100 məcburi köçkün ailəsi köçürülüb.

Şəhərcikdə mənzillərin paylanması Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət Komissiya tərəfindən püşkatma yolu ilə aparılıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunan mənzillər 1, 2, 3 və 4 otaqdan ibarətdir.

Sakinlərin sözlərinə görə, bu günə qədər yaşadıqları evlərdəki şərait son dərəcə ağır olub, ona görə də bu günü səbrisizliklə gözləyiblər.

Qeyd edək ki, Şıxarx qəsəbəsində 1176 mənzildən ibarət 34 yaşayış binası tikilib, bunlardan 120-si birotaqlı, 504-ü ikiotaqlı, 472-si üçotaqlı, 80-i isə dördotaqlıdır. Ərazidə 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, ATS binası, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina da inşa olunub.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00