A24 Xeber

Tərtərdə evdən 10 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlandı

Tərtərdə evdən 10 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlandı
26
11 Avqust 2018 - 16:12

Tərtər rayonunda evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ağkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Vəli Ziyad oğlu Tağıyevə məxsus yaşayış evinə girən naməlum şəxs və ya şəxslər yataq otağından qızıl-zinət əşyaları və pul oğurlayıblar.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00