A24 Xeber

Texnologiya insan zəkasını ÜSTƏLƏDİ: Dəri xərçənginin müayinəsində

Texnologiya insan zəkasını ÜSTƏLƏDİ: Dəri xərçənginin müayinəsində
44
31 May 2018 - 18:44

Almaniya, Amerika və Fransa mütəxəsisləri dəri xərçəngi ilə bağlı dərin araşdırmalar aparıblar.

A24.Az xəbər verir ki, bu sahədə araşdırma mərkəzi olan CNN 17 ölkədən 58 həkimi işə cəlb edərək “inan, yoxsa texnologiya üstündür?” araşdırmasını həyata keçirib. Həmin təcrübədə iştirak edənlərin yarısı professorlar, digər yarısı isə karyeralarının 5-ci ilində olan və ya daha az təcrübəyə sahib həkimlərdir.

Nəticə isə çox maraqlıdır. Belə ki, CNN texnologiyaların bir çox onkoloq həkimdən daha yaxşı diaqnoz qoyduğu üzə çıxıb. Bu iki qrup arasında statistik nəticələr isə çox maraqlıdır. Həkimlər 86,6% dəqiqlik göstərdikləri halda, texnologiyada bu faiz göstəricisi 95-ə qədər qalxıb. Hətta dəri xərçənginin növünün müəyyən olunmasında belə texnologiya üstünlük əldə edib. 

Araşdırmalar bu məsələdə həkim onkoloqların təcrübəsini və həmin sahə üzrə nə dərəcə bilikli olduqlarını da sübuta edib. Daha çox iş təcrübəsi olan və dəqiq araşdıran həkimlərin nəticələri yüksək olub. Amma texnologiyanı üstələməyi bacarmayıblar. Daha sürətli və əlverişli diqnoz qoyma “bacarığı” texnologiyada üstünlük təşkil edib. Mütəxəsislərin isə məqsədi həkimləri sıradan çıxarmaq yox, onların yardımlarından faydalanmaqdır.

Məlumat xarakterli bildirək ki, hər il 232 min dəri xərçəngi xəstəsindən 55 mini vəfat edir. Araşdırmanın məqsədi isə texnologiya və insan zəkasını birləşdirərək bu halı aradan qaldırmaqdır.

Xəyalə Vaqif / A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00