Texnologiya sevərlərin NƏZƏRİNƏ: Su və toza qarşı davamlı YENİ planşetlər HAZIRLANDI

Texnologiya sevərlərin NƏZƏRİNƏ: Su və toza qarşı davamlı YENİ planşetlər HAZIRLANDI
Want create site? Find Free WordPress Themes and plugins.

“Panasonic” şirkəti xüsusi xidmət orqanları, hərbi, nəqliyyat və fabrik işçiləri, başqa peşə sahibləri üçün nəzərdə tutulmuş “Toughpad” planşet xəttinə məxsus yeni modelini təqdim edib. “Windows” sisteminin idarəetməsi altında işləyən 7 düymlük “Toughpad FZ-M1 mk3” planşeti yarım metr hündürlükdən yerə düşməyə, temperatur (– 10 +50-dək selsi dərəcə) təsirinə qarşı dayanıqlı, həmçinin “IP65” standartına uyğun olaraq su və toza qarşı davamlıdır.

A24.Az “hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, “Panasonic”in müştəriləri qurğunu istənilən kimi konfiqurasiya edə bilərlər: ardıcıl port, LAN, NFC çip, ştrixkod skaneri, RFID nişanları və “ağıllı” kart oxuyucularını əlavə edə bilərlər. Aparatın çəkisi 540 qram, qalınlığı isə 18 millimetr təşkil edir.

“Toughpad FZ-M1 mk3” planşeti iki konfiqurasiyada təqdim ediləcək: 7-ci nəsil “Intel Core i5-7Y57 vPro” prosessoru ilə təchiz edilmiş standart və “Intel Celeron N4100” prosessoru ilə təchiz edilmiş ucuz model. Hər iki model cari ayın sonunda əlçatan olacaq. Qiymətləri dəqiq məlum deyil.

Planşet hər hansı sahədə tətbiq üçün uyğundur. Məsələn, dəqiq ölçmələr üçün planşetə “Intel RealSense” 3D kamerası inteqrasiya edilə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar