A24 Xeber

Texnologiyada YENİ ERA: 28 nüvəli prosessor təqdim edildi

Texnologiyada YENİ ERA: 28 nüvəli prosessor təqdim edildi
37
07 İyun 2018 - 18:30

“Intel” şirkəti 5 QHs takt tezliyində işləyən 28 nüvəli prosessorunu nümayiş etdirib. Yeni prosessor Taybeydə keçirilmiş “Computex 2018” sərgisi çərçivəsində təqdim edilib.

A24.Az “lenta.ru” saytına istinadən yazır ki, istehsalçı yalnız ümumi informasiya verərək prosessorun texniki xüsusiyyətlərini açıqlamayıb. Hətta prosessorda enerji sərfiyyatı məlum deyil.

Sözügedən prosessor “Cinebench” adlı məhsuldarlıq testində 7334 bal toplayıb. Bu, birprosessorlu sistemlər üçün ən yüksək göstəricidir və  yalnız bir neçə mərkəzi prosessorun quraşdırılması ilə bu göstəricini ötmək mümkündür. 2018-ci ilin sonunda satışa çıxarılacaq prosessorun qiyməti məlum deyil.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00