Tibb sahəsində yenilik: Yeni doğulan körpə üçün süni ağciyər yaradıldı

Tibb sahəsində yenilik: Yeni doğulan körpə üçün süni ağciyər yaradıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Kanada və Almaniyanın bir qrup alimi tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradıb. Süni ağciyər xüsusi qaz və oksigen qarışığından deyil, havadan istifadə edir.

A24.Az science.gov.az saytına istinadla xəbər verir ki, yeni işləmə qanı oksigen ilə zənginləşdirən ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə əks etdirir. Sözügedən konstruksiyada qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir, təzyiqin dəyişməsi nəticəsində isə qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır. Cihazın forması qanın tərkibini həmcins saxlayaraq körpələrə lazimi həcmdə çatdırılmasını təmin edir.

Alimlərin sözlərinə görə, süni ağciyərlər yeni doğulan körpələrin orqanizminin bütün zəruri tələblərini ödəmək gücündədir. Qurğunun dayanıqlılığını yüksəltmək və körpənin orqanizminə düşən yükü azaltmaq üçün fiziklər onun hazırlanmasında digər materialları da sınaqdan keçirmək niyyətindədirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar