Tibb təstiq etdi: Əsrin xəstəliyi

Tibb təstiq etdi: Əsrin xəstəliyi
Want create site? Find Free WordPress Themes and plugins.

Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.

A24.Az “Qazeta.ru” resursuna istinadən bildirir ki, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib.

Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.

Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur.

Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.

Qeyd edək ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır. Standartlaşdırma müxtəlif ölkələrin tibb sahəsi işçilərinə daha effektiv informasiya mübadiləsi etməyə imkan verir ki, bu da son nəticədə müxtəlif xəstəliklərlə mübarizədə daha səmərəli üsulların müəyyənləşdirilməsinə şərait yaradır.

Hazırda 1990-cı ildə yaradılan Xəstəliklərin Beynəlxalq Təsnifatının yenidən işlənmiş 10-cu variantından (XBT – 10) istifadə olunur və onun Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlərdə 1994-cü ildən tətbiqinə başlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar