A24 Xeber

Tibbdə YENİLİK! İtlər iyləyərək döş xərçəngini təşxis edəcək

Tibbdə YENİLİK! İtlər iyləyərək döş xərçəngini təşxis edəcək
563
27 Mart 2017 - 12:42

Aparılan son araşdırmalarda Alman çoban itlərinin qoxulayaraq döş xərçəngini 100 faiz təşxis etməsi məlum olub.

A24.Az NTV-yə istinadən xəbər verir ki , saniyədə 5 dəfə nəfəs alan itlər burunlarındakı 300 milyon reseptor sayəsində ayırd edə bilir.

“Kdog” adlı layihəyə rəhbərlik edən Isabelle Fromantin Parisdə jurnalistlərə açıqlama verərək bildirib ki, bu sadə və inqilab xarakterli üsulun köməyilə  xüsusilə mamoqrafiyanın çəkilməsi mümkün olmayan və ya çətin olduğu ölkələrdə diaqnozların qoyulması sürətlənəcək.

Erkən təşxis sayəsində xəstəliyin qarşısını almaq mümkün olacaqdır.

Tədqiqatın ilk mərhələsində  31 xərçəng xəstəsindən alınan sarğı bezlərini  itlər oyun nəticəsində qoxulayıblar və  xərçəng xəstələrinin 90 faizi  bu şəkildə aşkar edilib.

Təcrübədə hər 3 xərçəng olmayan qadından sonra itlərə bir xərçəng xəstəsinin sarğı bezini iylədiblər.

6 ay sonra təkrar həyata keçirilən testdə isə Alman Çoban itlərinin 100 faiz döş xərçəngini müəyyən etdiyi məlum olub.

Curie İnstitutundakı tədqiqatlara iştirak edən Amaury Martin texnologiyanın inkişafı ilə diaqnostika üsullarının də inkişaf etdiyini, ancaq bəzən bu cür sadə üsulların də lazımlı olduğuna diqqət çəkib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00