Tibbdə YENİLİK: Tək bir qan analizi ilə...

Tibbdə YENİLİK: Tək bir qan analizi ilə…
Want create site? Find Free WordPress Themes and plugins.
Hamiləliyin müddətinin müəyyən edilməsinin yeni yolu tapılıb.
A24.Az Medicina.az-a istinadla xəbər verir ki, bu barədə Stenford universitetinin alimləri dölün, plasentanın və ananın immun hüceyrələrinin RNT (Ribonuklein turşusu) miqdarı ilə bağlı qan analizi barədə məlumat veriblər.
Alimlərin fikrinə görə, hamiləlik müddətini müəyyən etmək üçün RNT qan analizi kifayət edir. Üstəlik USM müayinəsindən fərqli olaraq bu üsulla erkən doğum riskini 75 faiz ehtimalla müəyyən etmək olur.
Digər üstün cəhəti odur ki, hamilə ananın orqanizminə hər hansı müdaxilə olmur, hər hansı fəsadlaşma yaşanmır.
Ultrasəs müayinəsi qədər effektiv olan bu üsul dəfələrlə az xərc tələb edir. Mütəxəssislər onun hətta bəzi aspektlərə görə ənənəvi müayinə üsullarından daha effektiv olacağına inanır.
Bu metodun ginekologiyada inqilabi dəyişikliyə səbəb olacağı gözlənilir.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar