Tibbi sığortalarla bağlı DƏYİŞİKLİK: İNZİBATİ MƏSULİYYƏTƏ SƏBƏB OLACAQ

Tibbi sığortalarla bağlı DƏYİŞİKLİK: İNZİBATİ MƏSULİYYƏTƏ SƏBƏB OLACAQ
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub.

A24.Az APA-ya istinadən xəbər verir ki, layihəyə əasən, tibbi sığorta sistemində tərəflərin məsuliyyəti dəyişdiriləcək.

Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradacaq.

Qeyd edək ki, hazırki qanuna görə yuxarıda qeyd olunan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilirdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar