Tiflis bazarından reportaj: “Bu soyuqda itin zülmünü çəkirik”  - FOTOLAR

Tiflis bazarından reportaj: “Bu soyuqda itin zülmünü çəkirik” – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Tiflis dəmiryolu vağzalında yerləşən “Dinamo” bazarı şəhərin ən ucuz alış-veriş məkanlarından biri hesab olunur. Bazarın aşağı tərəfində isə “Dinamo”(Tbilisi) klubunun ev oyunlarını keçirdiyi Boris Payçadze adına “Dinamo Arena” yerləşir.

Bura Tiflisin hər yerindən müxtəlif marşrutlar vasitəsilə gəlmək mümkündür.

“Dinamo” bazarında bir çox millətlərin nümayəndələri çalışır. Bazar çox böyük olduğundan burada nə istəsən tapmaq mümkündür.

Satıcıların böyük əksəriyyəti orta yaşlılar olan bu bazarda hər şey tapa bilərsiniz: yeni və ikinci əl geyimlər, çantalar, aksesuarlar, meyvə-tərəvəz, süd və ət məhsulları, şirniyyatlar, kitab, dəftər ləvazimatları və s.
Məhsullar mərkəzdəki market qiymətlərinə nisbətən böyük qiymət fərqi ilə satıldığından alıcılar buradan alış-veriş etməyə üstünlük verir.
Müşahidələrimə görə, bazarda tərəvəz biznesinə demək olar ki, Gürcüstan azərbaycanlıları nəzarət edir.Deməli, qış-payız aylarında göyərti satışı ilə məşğul olan həmyerlilərimiz, yayda isə badımcan, pomidor, bibər və digər məhsulların satışı ilə məşğul olurlar. Məhsulun qiyməti isə mövsümə görə dəyişir.

Bazarın ağbirçəklərindən olan Xanım Əjdərova ilə söhbətimizdə məlum oldu ki, gürcülər göyərtidən çox istifadə etdiklərindən ilin bütün fəsillərində satış olur: “Gürcüstanın Qardabani şəhərindən gəlirik. Göy-göyərti burada çox istifadə edilir. 3-4 dəstəsini 1 lariyə satırıq. Buranın sahibinə yer üçün 7 lari ödəyirik. Hər millətdən alıcılarımız olur”.
Rəfiqə xanım isə satışın ürəkaçan olmadığını vurğulayır: “Elə həftə olur ki, ümumiyyətlə, həftəboyu normal satış olmur. Bu soyuqda itin zülmünü çəkirik çöllərdə, camaatda pul yoxdur. Yayda vəziyyət yaxşı olur. Bizim heyvan-qaramız yoxdur, əkinimiz olur, göyümüzü gətirib satırıq”.
Piştaxtası göyərti və digər tərəvəz məhsulları ilə zəngin olan Cənnət xanım isə vəziyyətdən razıdır: “Mənim öz yerimdir, 2 gün gəlib, bir gün gəlmirəm, evdə qalıb dəstələri hazırlayıram. Günə 40 lari qazanmaq olur. Biz Tiflisə yaxın yaşayırıq. Qışda ancaq göyərti satıb dolanırıq, yayda isə badımcan, pomidor, bibər gətirib satırıq”.
İstirahətə və ya gəzməyə Tiflisə getsəniz, zəruri ehtiyaclarınızı ucuz qiymətə təmin etmək üçün yolunuzu “Dinamo” bazarından salmağınız məsləhətdir.

Sevinc Xan Qızı

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar