Tillerson: “Afrindəki əməliyyat İŞİD-lə mübarizəyə mənfi təsir edib”

Tillerson: “Afrindəki əməliyyat İŞİD-lə mübarizəyə mənfi təsir edib”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-lə mübarizəsinin gedişatına mənfi təsir edib.

Bu barədə Küveytdə koalisiya ölkələrinin nazirlərinin növbədənkənar görüşündə ABŞ dövlət katibi Reks Tillerson bildirib.

“Afrindəki vəziyyət Suriyanın şərqində İŞİD-lə mübarizəmizin gedişatına mənfi təsir edib. Çünki həmin bölgədəki kürd qüvvələri Afrin bölgəsinə istiqamətlənib. Düşünürəm ki, Türkiyənin hərbi əməliyyatın məqsədlərimizə olan fəsadını dərk etməsi vacibdir. Əsas məqsədimiz isə İŞİD üzərində qələbədir”, – deyə R.Tillerson qeyd edib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar