Tillerson Türkiyə ilə bağlı istəklərini açıqladı

Tillerson Türkiyə ilə bağlı istəklərini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Xarici İşlər Nazirliyi Türkiyə haqqında açıqlama verdi.

A24.az xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Tillerson Türkiyə ziyarətindən  əvvəl İordaniyaya səfər edib. Tillerson Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarının fərqində olduğunu ancaq Suriyanın şimalındankı vəziyyətdən də narahatlıq duyduqlarını qeyd edib.

Çıxışı zamanı Xarici İşlər Naziri bildirib:

“Bir çox üst səviyyəli Amerika rəsmiləri türklərlə onların etdiyi təhdidlə tədbir görmək üçün görüşür. Türkiyə ilə bu mövzuda birlikdə işləmək istəyirik, amma bunu İŞİD-lə mübarizə bahasına deyil, bu hədəflə paralel olaraq etmək istəyirik. Bu İŞİD-in məğlubiyyəti ilə yanaşı, İordaniya, İsrail, Livan və İraqdakı problemli məsələləri də həll etməyə çalışırıq. Artıq vəziyyətlə kifayət qədər mürəkkəbdir, daha da çətinləşdirməyək.

Biz türklərə dediyimiz budur ki, daha çox şiddətə və qeyri-sabitliyə yol açmadan və İŞİD-ə qarşı mübarizə aparmağı kənara qoymadan təhlükəsizliklə bağlı narahatçılığımızı həll etmək üçün bir araya gəlmək istəyirik. Bu, ABŞ hökuməti rəsmilərinin türk rəsmilərlə müzakirə etdikləri əsas məsələdir.”

A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar