A24 Xeber

Tillersonun istefası Türkiyənin planları puç edəcək? – Politoloqdan açıqlama

Tillersonun istefası Türkiyənin planları puç edəcək? – Politoloqdan açıqlama
139
13 Mart 2018 - 20:26

“Türkiyənin işi yenə zora girdi”.

A24.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ dövlət katibi Reks Tillersonun istefasını şərh edərkən deyib.

Elxan Şahinoğlu qeyd edib ki, onsuz da Ankaranın Vaşinqtonla münasibətlərində soyuqluq var, Reks Tillerson bir neçə həftə əvvəl Türkiyə paytaxtına gəlib razılaşmalar əldə etdi:

“Bu sırada münasibətlərin normallaşması və Suriyada ortaq maraqların qorunması məqsədilə iki mexanizm əldə edildi, elə bu günlərdə həmin mexanizmlər işə salınmalı idi. Tillerson daha dövlət katibi deyil. Bu o deməkdir ki, Ankara indi də yeni dövlət katibi Mayk Pompeo ilə eyni məsələləri müzakirə etməlidir. Ancaq Pompeonun Türkiyəyə simpatiyası yoxdur və bəlli deyil ki, o Tillersonun Ankara ilə əldə etdiyi razılaşmaları yerinə yetirəcək, ya yox”, – deyə politoloq əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00