Toliki BİABIR EDƏN VİDEONU YAYAN İŞÇİLƏR QOVULDU- QALMAQAL

Toliki BİABIR EDƏN VİDEONU YAYAN İŞÇİLƏR QOVULDU- QALMAQAL
Want create site? Find Free WordPress Themes and plugins.

Prodüser Tarix Əliyevin (Tolik) əməkdar artist Röyanı söyməsi, eyni zamanda çəkiliş meydanında səsləndirdiyi təhqiramiz ifadələrin sosial şəbəkədə yayılması cəmiyyətdə müzakirə mövzusu olub. 

A24.Az Yenicag-a istinadən xəbərinə görə, yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra  müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb.

Hadisədə şübhəli bilinən “Hər şey daxil” verilişinin montajçısı və redaktoru işdən qovulub.

Mənbənin saytımıza verdiyi məlumata görə, əvvəlcə həmin şəxslərdən görüntüləri sosial şəbəkələrə ötürən şəxsin kimliyini açıqlamaqları tələb edilib . Onlar bu barədə məlumatsız olduqlarını deyiblər. Nəticədə sözügedən şəxslər işdən qovulub. Gecə montajçısı isə sonradan işə qaytarılıb. Telekanal hələ də görüntünü yayan işçinin kimliyini araşdırır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Şou-biznes, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar