A24 Xeber

Torontoda mikroavtobus piyadaları əzdi

Torontoda mikroavtobus piyadaları əzdi
34
23 Aprel 2018 - 22:51

Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu bir qrup piyadanın üzərinə sürməsi nəticəsində 10-a yaxın insan xəsarət alıb.

Bu barədə şəhər polisinə istinadən CTV telekanalı məlumat yayıb.

Hadisə meqapolisin mərkəzi hissəsində hərəkətin sıx olduğu kəsişmələrdən birində baş verib. İlkin məlumata görə, 8-10 nəfər xəsarət alıb. Ərazidə çoxlu sayda “təcili yardım”, yanğınsöndürən və polis maşınları var.

Hadisənin baş verdiyi yerə yaxın yerləşən Toronto metrosunda qatarların hərəkəti dayandırılıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00