Torpağı ola-ola evini tikə bilməyib illərdir yataqxanalarda qalanlar - Kimdir səbəbkar? - ŞİKAYƏT

Torpağı ola-ola evini tikə bilməyib illərdir yataqxanalarda qalanlar – Kimdir səbəbkar? – ŞİKAYƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Mustafayeva Təbiət artıq 5 ildir ki, bütün sənədləri ilə, qanuni şəkildə aldığı torpağında evini tikə bilmir. Səbəbi isə torpaq sahəsində başqa birisinin ev tikib qeyri-qanuni yaşamasıdır.

Torpaq problemi ilə bağlı “A24.az”a müraciət edən Təbiət Mustafayeva oğlunun adına sənədləşdirdiyi torpaqla bağlı məhkəmə qərar versə də, problemin 5 ildir uzandığını, başlıca səbəbi ekspertiza şöbəsində gördüyünü dedi:

“2010-cu ildə Ağayev Arzuman Sultan oğlundan torpaq aldıq , 2011-ci ilin 27 sentyabr tarixində daşınmaz əmlakda sənədləşdirdik. 0,0374 ha torpaq sahəsini 8 min manata almışıq. 2013-cü ildə gedib ev tikmək istədik. Torpaq şöbəsi gəldi, ölçüb biçəndə gördük ki, qonşu evini tikəndə bizim torpaq sahəsinə düşüb. Beləliklə, 2 avqust 2013-cü ildən məhkəmələrdəyik. İlk dəfə Abşeron Rayon Məhkəməsinə verdik. 2014-cü ilin 18 avqustunda torpaq şöbəsinin yazdığına əsasən 2,25 torpaq sahəsi zəbt olunub və qərar çıxarıldı ki, ev sökülsün. Qarşı tərəf bizi Apellyasiya məhkəməsinə verdi və məhkəmə prosesi düz 1,6 il çəkdi. Həmin məhkəmə prosesində ekspertiza düzgün rəy vermədi. Ekspertizanın rəisi Emin müəllimin yanına getmişdim, deyir ki, biz sizin torpağınızı elə-belə çəkirik, hara istəyirsən get, sənin orda torpağın yoxdur. Torpağınızın kimə satıldığı məlum deyil. Sənədin var, amma torpağın yoxdur”.

Təbiət xanım qeyd etdi ki, onlar torpağı alanda ərazini hasara almayıblar: “Sadəcə sahənin ölçüsünü götürmüşdük. Bizdən başqa heç bir qonşunun da hasarı yox idi. Qonşunun evi tikiləndə bizim tərəfə düşüb, onun da hasarı yox idi. Bu məhkəmə prosesi gedə-gedə o evini tikdi, hasarını da çəkib içində oturdu və 5 ildir məhkəmə gedir. Qarşı tərəf nə evini sökür, nə də zəbt etdiyi topağın pulunu ödəyir. Deyir ki, get sübut elə, sənin burda torpağın yoxdur. Sübut olunması üçün ekspertiza rəy vermir. Gəlir, baxır, çəkir, amma heç nə yazmır. Artıq iş Ali Məhkəməyə verilib.

Daşınmaz Əmlakın müdiri Füzuli müəllimin yanında olmuşam. Sənədlərimdə heç bir qanunuzluğun olmadığını deyir. Memarlıqda, Torpaq Şöbəsində  – Mübariz Əliyevin yanında olmuşam. Hamısı deyir ki, torpağın zəbt olunub, amma ekspertiza rəy vermir. Yəni sənədim olduğu halda, torpağımın olub-olmadığını sübut edə bilmirik”.

Təbiət xanım iddia edir ki, ekspertizanın icraçısı Xəyyam İsgəndərovla qarşı tərəfin nümayəndəsi Əhmədov Cəmaləddin bir-birilərini tanıyır. Xəyyam İsgəndərov bir dəfə gəlib torpağa baxıb və görüb ki, ev iddiaçının torpaq sahəsinin içindədir: “Ondan sonra Bakıdan torpağa rəy vermək üçün heç kim gəlmir. Gəlib çəkib yazıb gedirlər, amma heç nə demirlər, hətta Ali Məhkəmənin heç bir sualına da cavab vermirlər. Çünki Ali Məhkəmə də həmin sualları ortaya qoymuşdu, heç bir sualına cavab vermədən və Apellyasiya məhkəməsi də torpaq sahəsi tapılmaya-tapılmaya onun sözlərini təsdiq edərək qərar verdi ki, ev sökülməsin. Yaxşı, qarşı tərəfin evi sökülməsin, bəs mənim torpağım hanı? Niyə tapılmır? Bakıdan heç bir ekspertiza təşkil edilmir. Saray qəsəbəsinin ortasında yerləşən 3,74 sot torpağı yox ediblər. Gələn deyir ki, yoxdur”.

Təbiət Mustafayeva tələb edir ki, 7 ildir aldığı torpaq sahəsini tapıb ona versinlər: “Mən qarşı tərəfi tanımıram və demirəm onun evi sökülsün. Axı, mənim torpağım hardadırsa tapıb mənə versinlər. Mən də o torpağa pul verib almışam, yataqxanada bir otağın içində qalıram. İki oğlum var, biri evlidir kirayə qalır. Mən özüm səhiyyə işçisiyəm, nə qazanıram ki, bundan sonra ev də alım?!”

Şikayət edən Təbiət xanımın iddiası əsasında Abşeron Rayon Ekspertiza şöbəsinin rəisi Emin Mehbullayev ilə əlaqə saxladıq. O, həmin torpaq sahəsi ilə bağlı yazılan rəy barəsində bunları dedi:

“Həmin problem bizə rəsmi şəkildə daxil olub və rəsmi şəkildə də cavab vermişik. Əgər torpağın tanıdılması mümkündürsə tanıdırıq, tanıdılması mümkün deyilsə, səbəblərini göstərib vətəndaşa o barədə rəsmi məlumat veririk. Yəni bizə gəlib deyilsə ki “get mənim yerimi göstər” belə bir xidmətimiz yoxdur. Bizdə xidmət belədir: hamı yazılı olaraq baş idarəyə müraciət edir. Baş idarədən bizə tapşırıq gəlir və biz də baxırıq. Əgər vətəndaşın torpaq sahəsində problem yoxdursa, normal göstərmək mümkündürsə, biz o torpaq sahəsini gedib yerində vətəndaşa tanıdırıq. Yox əgər hansısa bir problem varsa, qeyri-qanuni kimsə zəbt edibsə, bəli, onda problem yaranır, həmin torpağı göstərə bilmirik və rəsmi olaraq vətəndaşa cavab veririk. Onun üçün gərək vətəndaş yenidən məhkəməyə müraciət etməlidir. Bir daha deyirəm, məhkəməyə rəy yazmışıqsa, o, rəsmi orqana verilən rəydir. Onu elə-belə yazmırıq. Araşdırılır, həmin yerə mütəxəssislər gedir, bizim baza məlumatlarımız var, hamısı araşdırılandan sonra məhkəməyə rəyimizi vermişik. Əgər vətəndaş iddia edirsə, bu onun hüququdur, haqqıdır. Yenidən rəsmi şəkildə müraciət etsin və biz də araşdıraq”.

Təbiət Mustafayevanın 2010-cu ildə aldığı torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər, məhkəmə qərarları və ekspertiza rəyləri:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar