Torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək

Torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda informasiya sistemləri vasitəsilə göndərilmiş elektron sorğu əsasında dövlət torpaq kadastrı məlumatları 1 gün ərzində təqdim ediləcək.

A24.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edib.

Qeyd edək ki, dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxildir. Fond Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır.

Dəyişikliyə əsasən olaraq notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün Fondun məlumat və materiallarından istifadə hüququ da Əsasnamədə əksini tapıb.

Notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə bu hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  2017-ci il 17 noyabr tarixli qanuna əsasən verilib.

Həmin qanuna əsasən notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ var.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar