A24 Xeber

Tovuz maşın maneyə çırpıldı: Sürücü xəsarət aldı

Tovuz maşın maneyə çırpıldı: Sürücü xəsarət aldı
45
03 Aprel 2018 - 1:09

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil körpüdən keçən zaman maneəyə çırpılıb. Qəza nəticəsində rayonun Hacıhəsənli kənd sakini, 1974-cü il təvəllüdlü Çobanov Habil Mail oğlu xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən sürücüyə müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00