Tovuzda güclü yağış: evlər su altında qaldı - FOTO

Tovuzda güclü yağış: evlər su altında qaldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Tovuz rayonuna yağan leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılır.

A24.Az “Report”a istinadən xəbər verir ki, yağan güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə yağış suları dolub və hazırda həmin vətəndaşların evində suçəkmə işləri sona çatmaq üzrədir.

“Şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidinə və şəhərin mərkəzindəki yeraltı avtomobil keçidinə sel suları dolub. Hazırda hər iki keçiddə sular nasoslar vasitəsilə çəkilir. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isə artıq oradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir və ciddi tıxaclar yaranmayıb. Yağıntı səbəbindən rayon mərkəzinə yaxın yerləşən 2 kəndin taxıl sahələrində bitkinin yatması baş verib, lakin ciddi ziyan dəyməyib. Rayonun digər kəndlərində isə fəsadlar baş verməyib. Şəhər mərkəzində bir istiqamətdə dayandırılmış elektrik enerjisinin verilməsi istiqamətində də işlər aparılır”, – deyə Tovuz Rayon İcra Hakimiyyəti rəsmisi əlavə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar