Tovuzun yeni icra başçısı və ya “zəhər Mamed” kimdir? - FOTO

Tovuzun yeni icra başçısı və ya “zəhər Mamed” kimdir? – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Məmməd Cahangir oğlu Məmmədovu isə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 

“A24.az” xəbər verir ki, Tovuz rayonunun yeni icra başçısı Məmməd Cahangir oğlu Məmmədov bu rayonun Dönük Qırıxlı kəndində anadan olub, Kənd Təsərrüftı Nazirliyində işləyib. Bitkiçilik və bu sahədə zərərvericilərə qarşı kimyəvi pereparatların hazırlanması ilə məşğul olduğundan xalq arasında ona “zəhər Mamed”, yaxud yerli ləhcə ilə “zəqqutun Mamed” də deyirlər.

Məmməd Məmmədovun qardaşı Cahan Məmmədov 90-cı illərin əvvəllərində Kənd Təsərrüfatı Nazirliyində işləyib, 1993-2005-ci illər ərzində nazir müavini olub. Daha sonra elmi fəaliyyətə keçib və İqtisadiyyat Universitetində (UNEC) dosent vəzifəsini tutub. Buradan isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin apparat rəhbəri vəzifəsinə təyinat alıb. Hazırda bu vəzifədə işləyir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşı olduğu bildirilir.

Virtualaz.org

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar