A24 Xeber

“Toyota” alanlara pis xəbər

“Toyota” alanlara pis xəbər
49
05 Sentyabr 2018 - 14:33

Yaponiyanın avtomobil istehsalçısı olan “Toyota” şirkəti 1 milyondan çox avtomobilini geri çağırıb.

“A24.Az” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə Jan-İva Jo şirkətinin nümayəndəsi açıqlama verib.

Bildirilib ki, ümumilikdə 1,03 milyon avtomobil geri çağrılacaq. Bununla yanaşı Yaponiyada 554 min, ABŞ-da 192 min “Prius” və C-HR modelləri geri çağırılır. Başqa hansı ölkələrdən geri çağırılma ilə bağlı məlumat verilməyib.

Avtomobillərin geri çağırılma səbəbi mühərrik naqillərinin tüstülənməsi və mümkün yanğın riskləri ilə bağlıdır.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00