A24 Xeber

Toyu olacaqdı, meyiti tapıldı – VİDEO

Toyu olacaqdı, meyiti tapıldı – VİDEO
550
03 Mart 2017 - 23:41

Şin kənd sakini Mehman Cəmilov sıldırım qayadan yıxılaraq gözlərini həyata əbədi yumub. Hadisə iki gün öncə baş versə də, cəsəd ötən gün axşam tapılıb.

A24.Az ARB Şəki-yə istinadən xəbər verir ki, bədbəxt hadisə Şəkidə baş verib.

26 yaşlı Mehman Cəmilovun meyiti Şin kəndi yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Mehman Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Mərhumun cəsədini tapmaq isə o qədər də asan olmayıb.

Mehmanın payızda toyu olacaqdı.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00