"Trabzonspor"un yetirməsi İspaniya nəhənginin diqqətində 

“Trabzonspor”un yetirməsi İspaniya nəhənginin diqqətində
Want create site? Find Free WordPress Themes and plugins.

“Trabzonspor”un ən yaxşılarından olan Əbubəkir Ömür İspaniya nəhəngi “Barselona”nın diqqət mərkəzindədir. 

A24.Az xəbər verir ki, Kataloniya təmsilçisi bir müddətdir stili Messiyə bənzədilən 18 yaşlı futbolçunun oyunlarını izləyir.

İddialara görə, “Barselona” qısa zaman sonra Qaradəniz təmsilçisinin qapısını döyəcək. Daha öncə Almaniya, İtaliya, İspaniya nəhənglərinin  diqqətini çəkməyi bacaran  Əbubəkirin transferi üçün 30 milyon avro qiymət qoyulmuşdu.

Əgər “Barselona” ciddi şəkildə kluba trasfer üçün müraciət edərsə, qiymət daha da yüksək olacaq. Ciddi maliyyə problemləri yaşayan “Trabzonspor”un isə transferə razı olacağı bildirilir.

 Nərmin Kərim, A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar