A24 Xeber

“Traktor” futbol klubu satılır

“Traktor” futbol klubu satılır
58
09 May 2018 - 17:00
Təbrizin “Traktor” futbol klubu yaxın günlərdə hərraca çıxarılacaq.
A24.Az xəbər verir ki, bu barədə “Vərzeş 3” saytı məlumat yayıb. Klubun çox baha qiymətə satılacağı deyilsə də, hələlik qiymət açıqlanmayıb.
Bildirilib ki, klubun qiyməti ekspertlərin rəyi əsasında təyin olunacaq. Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Təbriz Bələdiyyə İdarəsi və “Qostəreşe fulad” klubunun sahibi “Traktor”u almaq istəyənlər arasındadır.
(Axar.az)
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00